Dünyanın ilk elektrikli Ferrari modeli gəlir
22 iyun 2024 05:55 (UTC +04:00)

Dünyanın ilk elektrikli Ferrari modeli gəlir

Dünyanın ilk elektrikli Ferrari modeli 2026-cı ildə yollara çıxmağa hazırlaşır. Avtomobilin satış qiymətinin 500 min dollar və ya daha çox olacağı düşünülür.

Lent.az xəbər verir ki, bununla bağlı məlumatı şirkətin baş direktor Benedetto Vigna ilk elektrikli Ferrarini ilin sonuna qədər təqdim edəcəklərini təsdiqləyib.

O bildirib ki, insanların hər dəfə görməyə vərdiş etdiyi qırmızı Ferrari artıq tam elektriklə çalışacaq.

Avtomobilinin 2025-ci ilin dördüncü rübündə istehsal edilməsi planlaşdırılır. Bəzi mənbələrin verdiyi məlumata görə elektrokarın qiyməti ən azı 535 000 dollar olacaq.

Ferrari ilə bağlı bir digər xəbər isə Ferrari bundan başqa ikinci elektrokarın üstündə də işləyir. Ferrari keçən il ilk kütləvi istehsal “plug-in hibrid” modeli olan SF90 Stradale-ni təqdim etmişdi.

Qeyd olunur ki, Ferrari 2026-cı ilə qədər satışlarının 60%-ni elektrikli avtomobillərin və ya hibridlərin təşkil etməyini hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar