Cinayətkarların  xarici görünüşünü DNT   əsasında təyin edəcəklər - FOTO
03 yanvar 2022 17:19 (UTC +04:00)

Cinayətkarların xarici görünüşünü DNT əsasında təyin edəcəklər - FOTO

Cinayətkarların tutulması üçün polislər çox vaxt fotorobotlardan istifadə edirlər. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Avstraliyanın hüquq-mühafizə orqanları bu işi daha da təkmilləşdirmək arzusundadırlar. 

Belə ki, “Massively Parallel Sequencing” (MPS) adlı texnologiyanın yaradıcıları bildiriblər ki, yeni texnologiya hadisə yerində aşkar edilən DNT nümunələrinin əsasında şübhəli şəxsin kim olduğu haqqında məlumat verir. 

Həmin DNT vasitəsi ilə cinayətkarın cinsini, gözlərinin rəngini və hətta hansı ölkənin vətəndaşı olduğunu da proqnozlaşdıra bilir. 

Qurğunun yaradıcıları yaxın vaxtlarda sözügedən cihazın daha da təkmilləşdiriləcəyi və şəxslərin saç rəngini, yaşını, çəkisini, boyunu da təyin edə biləcəyini qeyd ediblər. 

DNT ardıcıllığı prosesi uzun DNT zəncirlərində olan məlumatları deşifrələməkdə yardımcı olur. Bu da analiz imkanlarını daha da genişləndirir. Bu texnologiya, həmçinin, itkin düşmüş şəxslərin tapılmasında da istifadə olunacaq. 


 

# 3573
avatar

Sevinc Fərid

Oxşar yazılar