“Bugatti”  uşaq maşınını   təqdim etdi
15 yanvar 2023 15:02 (UTC +04:00)

“Bugatti” uşaq maşınını təqdim etdi

“Bugatti” “Baby II Carbon Edition” modelini buraxbı.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu iki yerlik retro tipli elektromobil uşaqlar üçün nəzərdə tutulub. Avtomobilin qiyməti 80 min dollardır (təxminən 139 min manat).

Uşaq avtomobili xarici görünüş olaraq 1924-cü ilin “Type 35” modelini təkrarlayır. O, üfüqi LED bölmələri olan faralar, həmçinin tənzimlənən pedal qurğusu ilə təchiz edilib. Güzgü qurğuları, sükan çarxının mərkəzi və radiator barmaqlığı karbon lifindən hazırlanıb. Maşın 10 kVt gücündə mühərriklə təchiz olunub. Bu model 68 km/saat sürət yığmağa qadirdir. Oturacaq və sükan elə tənzimlənə bilər ki, boyu 1,9 m-ə qədər olan sürücü avtomobilə sığsın.

“Baby II Carbon Edition” məhduddur. Hər bir model əl ilə yığılacaq. Bununla belə, vacib şərt var: yalnız W16 Mistral almaq qərarına gələnlər bu nadir modelin sahibi ola biləcəklər. Onun dəyəri 5 milyon dollardır.
 
 

# 2886
avatar

Oxşar yazılar