Bu telefonda RAM yaddaşı həcmi 24 GB  olacaq
11 avqust 2023 09:34 (UTC +04:00)

Bu telefonda RAM yaddaşı həcmi 24 GB olacaq

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti 16 avqust tarixində təqdim edəcəyi OnePlus Ace 2 Pro smartfonunda maksimal RAM yaddaşı həcmini 24 GB-a yüksəldəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müəyyən müddət ərzində bu məlumatın doğruluğunu hətta məşhur insayderlər də təsdiqləyirdilər. İndi isə həmin məlumat şirkət tərəfindən rəsmi şəkildə təsdiqlənib. “OnePlus şirkəti yeni smartfon dövrünə qədəm qoyur. Bundan sonra flaqman smartfonlarda 24 GB RAM istifadə ediləcək. 16 GB-lıq RAM göstəricisi isə artq tarixə qovuşacaq” - deyə şirkət qeyd edib. Şirkət əlavə edib ki, OnePlus Ace 2 Pro smartfonu LPDDR5X standartlı 24 GB  RAM-a və UFS 4.0 standartlı 1 TB-lıq daxili yaddaşa sahib olacaq.

# 8865
avatar

Oxşar yazılar