Bill Qeyts istifadə etdiyi sevimli  telefonunu AÇIQLADI
16 yanvar 2023 14:27 (UTC +04:00)

Bill Qeyts istifadə etdiyi sevimli telefonunu AÇIQLADI

“Microsoft”un qurucusu Bill Qeyts “Samsung Galaxy” telefonundan istifadə etdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Galaxy Z Fold4” markalı smartfonu ona “Samsung” şirkətinin rəhbəri hədiyyə edib.

Qeyts bu telefonun bir sıra üstünlüklərini də sadalayıb. Bildirib ki, ofis proqramlarında yaxşı işləmək üçün bu böyük ekran smartfon ona çox kömək olur.

Qeyd edək ki, milyarder 2022-ci ilin mayında Bill Qeyts “iPhone”dan istifadə etmədiyini bildirib və "Android" cihazlarına daha çox üstünlük verdiyini açıqlamışdı.

 

# 3237
avatar

Sevinc Fərid

Oxşar yazılar