“Bayraktar-TB3” PUA-ları bu tarixdə  istehsal ediləcək
16 yanvar 2023 23:48 (UTC +04:00)

“Bayraktar-TB3” PUA-ları bu tarixdə istehsal ediləcək

“Bayraktar-TB3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2023-cü ilin sonuna qədər başlayacaq. 

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.  

O qeyd edib ki, “Bayraktar-TB3”ün ilk uçuşu da eyni ildə həyata keçiriləcək. 

H.Bayraktar “Kızılelma” pilotsuz döyüş təyyarəsinin satın alınmasına dair bir neçə ölkədən sifariş alındığını vurğulayıb.
 

# 2535
avatar

Oxşar yazılar