Avropanın smartfon bazarı 12 il geriyə düşüb
06 sentyabr 2023 12:52 (UTC +04:00)

Avropanın smartfon bazarı 12 il geriyə düşüb

0

 Avropanın smartfon bazarı ağır zamanlardan keçməyə davam edir.

Lent.az xəbər verir ki, Counterpoint Research adlı analitik şirkətin məlumatlarına əsasən Avropada smartfon təchizatı 11 il bundan öncəki minimuma enib. 2023-cü ilin ikinci rübü növbəti eniş ilə yekunlaıb. Avropanın smartfon bazarı 2022-ci ilin eyni müddət aralığı ilə müqayisədə 12%, 2012-ci ilin eyni müddət aralığı ilə müqayisədə isə 6% ixtisar olunub. Bununla belə Qərbi Avropa vətəndaşları Şərqi Avropa vətəndaşlarından fərqli olaraq daha az smartfon əldə ediblər.

   Qərbi Avropada satışlar 14%, Şərqi Avropada satışlar isə 8% aşağı düşüb. Bazarın lideri kimi Samsung şirkəti qalır. Onun Avropa bazarındakı pay dəyəri 33% təşkil edir. Samsung-da satışların yüksəlməsinə baxmayaraq onun smartfon təchizatları 8% aşağı düşüb. Apple 23%-lik göstərici ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 20%-lik göstərici ilə Xiaomi tutub. Realme siyahıda olan yeganə şirkətdir ki, Avropa bazarında təkcə pay göstəricisini deyil, həmçinin smartfon təchizatlarını da artıra bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3118

Oxşar yazılar