Arxa qapağı  işıq saçan   telefon
02 avqust 2023 12:15 (UTC +04:00)

Arxa qapağı işıq saçan telefon

“Tecno” RGB arxa işıqlandırmalı “Pova 5 Pro” smartfonunu təqdim edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni mobil cihaz 120Hz yeniləmə tezliyi ilə 6,78 düymlük Full HD+ ekrana malikdir. Smartfonun arxa tərəfində 50 meqapiksellik əsas sensoru olan ikili kamera var.

“Pova 5 Pro”nun əsas xüsusiyyəti arxa paneldə fəaliyyətdən asılı olaraq doqquz rəngdə parlaya bilən RGB işıqlandırmanın olmasıdır. Məsələn, bildirişlər və ya daxil olan zənglər aldığınız zaman arxa işıq yanır. Smartfon həmçinin Hi-Res və DTS sertifikatlı stereo dinamiklərə malikdir.

Mali-G57 MC2 qrafik sürətləndiricisi və 8 GB operativ yaddaşa malik MediaTek Dimensity 6080 çipi yeni məhsulun işləməsinə cavabdehdir. Daxili 128 GB yaddaş microSD kart vasitəsilə genişləndirilməsini dəstəkləyir.

Pova 5 Pro 68 Vt sürətli şarjı dəstəkləyən 5000 mAh batareyaya sahbdir. İstehsalçıya görə, tam doldurulması təxminən 45 dəqiqə, 50%-ə qədər doldurulması isə 15 dəqiqə çəkir. Batareya heç bir şəkildə istifadə edilmədiyi halda, smartfonunuzu birbaşa elektrik rozetkasından enerji ilə təmin etməyə imkan verən “bypass” doldurulması da elan edilir. Bu, batareyanın ömrünü uzadır və həddindən artıq istiləşmə riskini azaldır.

Tecno Pova 5 Pro-nun qiyməti və satış tarixi hələ açıqlanmayıb.

# 2901
avatar

Sevinc Fərid

Oxşar yazılar