"Apple" köhnə telefonlar üçün  YENİLƏMƏ ETDİ
26 yanvar 2023 18:10 (UTC +04:00)

"Apple" köhnə telefonlar üçün YENİLƏMƏ ETDİ

“Apple” şirkəti 10 il əvvəl satışa buraxılan “iPhone 5S” telefonu üçün İOS yeniləməsi edib.

Lent.az xəbər verir ki, bu barədə “Appleinsider” məlumat yayıb.

Məlumata görə, Amerika şirkəti köhnə qadcetlər üçün bir sıra yeniləmələr həyata edib. Bununla yanaşı, korporasiyanın mühəndisləri kompüterlər üçün nəzərdə tutulmuş macOS Big Sur 11.7.3 yeniləməsini də təqdim edib.

Yeniləmələr yeni funksiyaları aktivləşdirmir, amma telefonda olan bəzi boşluqları aradan qaldırmağa kömək edir.

Qeyd edək ki, “Apple” uzun müddətdir köhnə smartfonlar üçün yeniləmələri dayandırmışdı.

# 2778
avatar

Sevinc Fərid

Oxşar yazılar