2023-də peykə yeni orbitlər ÇIXARILACAQ
14 yanvar 2023 13:56 (UTC +04:00)

2023-də peykə yeni orbitlər ÇIXARILACAQ

Rusiya 2023-cü ildə "Glonass" naviqasiya peyklərinin orbital bürcünü üç yeni nəsil peyklə təkmilləşdirmək niyyətindədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbətin iki "Glonass-K" və bir "Glonass-K2"dən getdiyi hələlik məlum deyil.

Məlumata görə, yeni qurğular daha çox naviqasiya siqnalları buraxır. Xüsusilə, "Glonass-M"də beş siqnal varsa, "Glonass-K"da yeddi, "Glonass-K2"də isə doqquz var. Həmçinin, yeni peyklərdə elektron komponentlərin nisbəti tədricən artır. 2026-cı ilə qədər 100 faizə çatacağı gözlənilir.

Bundan əlavə, bu il “Luna-25” stansiyasının və orbitə on nanopeykin buraxılması, həmçinin iki "Meteor-M" və iki "İonosfer" də daxil olmaqla Yerin məsafədən zondlanması aparatlarının buraxılması planlaşdırılır. Başlanğıc tarixləri açıqlanmayıb.

# 4548
avatar

Sevinc Fərid

Oxşar yazılar