18 əsrlik Çin icadı – SEYSMOQRAF  -FOTO
10 sentyabr 2023 00:03 (UTC +04:00)

18 əsrlik Çin icadı – SEYSMOQRAF -FOTO

Çoxumuz xəbər saytlarında seysmoqramın fotosunu görmüşük. Lakin bu qrafiki tərtib edən cihaz – seysmoqrafın isə hələ 1 800 il əvvəl icad olunduğundan çoxlarının xəbəri yoxdur. Təbii ki, söhbət primitiv qurğudan gedir. 

Lent.az-ın xəbərinə görə, "Can-Hen seysmoqrafı" adlanan qurğu eramızın 132-ci ilində çinli Can-Hen tərəfindən düzəldilib. Bu seysmoskop üzərinə bir-birindən eyni məsafədə olan 8 əjdaha fiquru yapışdırılmış bürünc qabdan və hər əjdahanın qarşısında onlardan bir qədər aşağıda qoyulmuş 8 qurbağa fiqurundan ibarətdir. Qabın içərisində tarazlığı sabit olmayan (astatik rəqqas) və əjdahalarla əlaqədar linglərə söykənən metal mil qoyulub. Zəlzələ zamanı metal mil linglərdən birinin üstünə düşür. Həmin ling əlaqədar olduğu əjdahanın ağzını açır və orada olan metal kürə əjdahanın qarşısındakı qurbağanın ağzına düşür.

Bu da Çinin dünya elminə töhfəsi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13861

Oxşar yazılar