Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
19 mart 2025 07:01 (UTC +04:00)

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qurumun əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar