Yol polisi xanım sürücülərə müraciət etdi: "Belə geyinməyin"
29 iyul 2025 09:34 (UTC +04:00)

Yol polisi xanım sürücülərə müraciət etdi: "Belə geyinməyin"

Baş Dövlət Yol Polisi İdarəsi xanım sürücülərə müraciət edib.

Lent.az xəbər verir ki, DYP- nin müraciətində deyilir:

"Hörmətli yol hərəkəti iştirakçıları!

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.

Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar

Bu tarixdə doğulanların  ruhani gücü   var

Bu tarixdə doğulanların ruhani gücü var

29 iyul 2025 , 18:57
Gizli gücü olan  nüfuzlu BÜRCLƏR

Gizli gücü olan nüfuzlu BÜRCLƏR

29 iyul 2025 , 18:21
İsti hava bu tarixədək davam edəcək

İsti hava bu tarixədək davam edəcək

29 iyul 2025 , 16:53
Sabah bu insanlar üçün çox əlverişsiz hava  olacaq

Sabah bu insanlar üçün çox əlverişsiz hava olacaq

29 iyul 2025 , 16:46
Bu rayonun 9 kəndində  qaz kəsiləcək

Bu rayonun 9 kəndində qaz kəsiləcək

29 iyul 2025 , 15:57
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

29 iyul 2025 , 14:48
Bakı-Ələt  yolunda sürət həddi endirilir

Bakı-Ələt yolunda sürət həddi endirilir

29 iyul 2025 , 14:40
Bu rayonlara yeni baş həkimlər  təyin olundu

Bu rayonlara yeni baş həkimlər təyin olundu

29 iyul 2025 , 14:35