Yenə də imtahanda telefon aşkarlandı - DİM
20 iyun 2021 16:12 (UTC +04:00)

Yenə də imtahanda telefon aşkarlandı - DİM

İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib.

DİM-dən Lent.az-a daxil olan məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumata görə, rezidenturaya qəbul imtahanında 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Dövlət qulluğuna qəbul imtahanında isə 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Dövlət qulluğuna və rezidenturaya qəbul imtahanlarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri yazı bloku üzrə esselərin (və ya vizual məlumatın təsvirinin) yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar