"Yay məktəbi"ndə şagirdlərdən məktəbli forması tələb edilməyəcək - RƏSMİ
01 iyun 2021 13:28 (UTC +04:00)

"Yay məktəbi"ndə şagirdlərdən məktəbli forması tələb edilməyəcək - RƏSMİ

0

"İki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb".

Lent.az məlumat verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır:

"Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.

V.Yaqublu qeyd edib ki, "Yay məktəbi"ndə bir dərs müddəti 45 dəqiqə olacaq:

"Tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2680

Oxşar yazılar