YAP-çı deputatdan ETİRAZ:  "Dərmanlar çox bahadır"
04 noyabr 2022 16:47 (UTC +04:00)

YAP-çı deputatdan ETİRAZ: "Dərmanlar çox bahadır"

“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanların qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumunun və ƏDV-nin azaldılmasını təklif edib: "Azərbaycanda işsizliyə görə verilən müavinətə də yenidən baxılsa yaxşı olar. Bir çox ölkələrdə bu, minimum əmək haqqının 70-80 faizi həcmində götürülür”.

# 1776
avatar

Oxşar yazılar