Zəlzələ bölgəsinə yardım aparmaq “cinayət”dir
10 yanvar 2013 02:39 (UTC +04:00)

Zəlzələ bölgəsinə yardım aparmaq “cinayət”dir

2012-ci avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ bölgəsinə yardım apardığına görə həbs olunmuş azərbaycanlı  bir il azadlıqdan məhrum edilib.

 

 APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, Səid Şirzad “hakimiyyətin əleyhinə təbliğat aparmaqda və İranın ali lideri ayətullah Əli Xamneyini təhqir etməkdə” günahlandırılıb. Qərar azərbaycanlının vəkili Şima Quşəyə təqdim olunub.

 

Hökm 5 il müddətinə keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Qeyd edək ki, Səid Şirzad 19 gün həbsxanada qaldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar