TQDK-dan növbəti müraciət
18 sentyabr 2013 16:21 (UTC +04:00)

TQDK-dan növbəti müraciət

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş abituriyentlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı 19 sentyabr saat 17:00-da başa çatır .   

Həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1032

Oxşar yazılar