
Neçə tələbə məktəbini dəyişdi? - Köçürülmənin nəticələri açıqlandı
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.
Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014 nəfərini bakalavriatura, 24 nəfərini magistratura səviyyəsi üzrə, 27 nəfərini isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 316 nəfərdən 254-nün müraciətinə müsbət cavab verilib.
Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
Oxşar yazılar

Üç BÜRC "Qara zolaqdan" çıxacaq və çoxdan gözlənilən xoşbəxtliyi tapacaq
21 avqust 2025 , 00:02
"Dalga Beach"də işləmiş bir qrup işçi aylardı maaşını ala bilmir-VİDEO
20 avqust 2025 , 23:04
Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04
Yayda bu əşyaları maşına qoymayın: partlayış ola bilər
20 avqust 2025 , 16:00
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə tam ödəniləcək
20 avqust 2025 , 15:08