Təhsil naziri 1 nömrəli internat məktəbdə olub
16 sentyabr 2013 18:20 (UTC +04:00)

Təhsil naziri 1 nömrəli internat məktəbdə olub

0

Təhsil naziri Mikayıl Cabbarov “Bilik Günü” münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəbdə olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Təhsil naziri ilk öncə təhsil müəssisəsi ilə tanış olub. Məktəbdə təlim-tərbiyə alan uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir uşaqlarla birlikdə nahar edib, onların arzu və istəklərini dinləyib. Nazirə məlumat verilib ki, 1 nömrəli internat məktəb 1963-cü ildə fəaliyyətə başlayıb. İnternat məktəbdə dövlət himayəsi altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər pedaqoji işçinin məşğul olduğu bildirilib.

 

Sonra nazir məktəbin VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi tədris edib. Şagirdlərlə səmimi ünsiyyət əsasında təşkil edilmiş dərsdə interaktiv təlim metodlarından geniş istifadə olunub.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar