Sabiq nazir müavini vəfat edib
30 may 2015 13:27 (UTC +04:00)

Sabiq nazir müavini vəfat edib

Təhsil Problemləri İnstitutunun sabiq direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri Abdulla Mehrabov bu gecə 77 yaşında dünyasını dəyişib.

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev APA-ya açıqlamasında bildirib ki, Abdulla Mehrabov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün dəfn olunacaq.

 

Qeyd edək ki, Abdulla Mehrabov 1938-ci il mayın 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru - alimlik dərəcəsi alıb.

 

Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb. Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək təhsili nazirinin müavini vəzifəsində işləyib, 2001-2013-cü illərdə Təhsil Problemləri İnstitutuna rəhbərlik edib. Professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59