Sabah hava yağmursuz olacaq
21 noyabr 2013 12:25 (UTC +04:00)

Sabah hava yağmursuz olacaq

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə noyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 715

Oxşar yazılar