Respublikanın baş pediatrı: “Peyvənd materialları ilə əhatə 100 faizdir”
09 yanvar 2013 17:10 (UTC +04:00)

Respublikanın baş pediatrı: “Peyvənd materialları ilə əhatə 100 faizdir”

“Pnevmokok infeksiyasına qarşı peyvəndin tətbiqinə hazırlıq mərhələsi aparılır. Bu ilin sonu və yaxud gələn ilin əvvəlindən respublikamızda pnevmoniya törədən pnevmokoklara qarşı peyvənd tətbiq ediləcək”.

Bunu Lent.az-a açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib. Baş pediatrın sözlərinə görə,  bununla əlaqədar artıq tədqiqat üzrə hazırlıq işləri görülür. Müxtəlif beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə ölkəmizdə pnevmoniyanın hansı pnevmokokların hansı stereotipləri tərəfindən daha çox rast gəlindiyi dəqiqləşdirilir: “Bu ilin sonu, gələn ilin əvvəlində peyvənd təqviminə pnevmokok infeksiyasına qarşı peyvənd əlavə ediləcək”.

 

N. Quliyev onu da vurğulayıb ki, Azərbaycanda peyvənd materialları ilə əhatə 100 faizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar