
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Xəbərə görə, yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq.
Yarımfinal turunda rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş siyahıda olan Beynəlxalq Fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadalara cəlb ediləcəklər. Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar.
Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edəcək.
İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadada iştirak edəcək şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək.
Oxşar yazılar

Meteohəssas insanlar üçün sabah hava necə olacaq? - PROQNOZ
25 aprel 2025 , 19:35Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
25 aprel 2025 , 19:30
Dörd BÜRC üçün həftə sonuna sürpriz PROQNOZ: Onları nə gözləyir?
25 aprel 2025 , 18:38
Aprelin axırınadək yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
25 aprel 2025 , 18:05
Əvəz Zeynallı azadlığa buraxıldı -YENİLƏNİB
25 aprel 2025 , 18:03
Güclü leysan və qar yağacaq - XƏBƏRDARLIQ
25 aprel 2025 , 17:01
Prokurorlar Mir Cəlal Paşayevin yaşadığı ev-muzeyi ziyarət etdi
25 aprel 2025 , 16:31