Qənirə Paşayevadan təklif
13 iyun 2013 16:38 (UTC +04:00)

Qənirə Paşayevadan təklif

Millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamenti çoxuşaqlı analara "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı sənədi müzakirə və qəbul etməyə çağırıb. Lent. az-ın məlumatına görə, o, bildirib ki, bununla bağlı sənəd artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və çox yaxşı olardı ki, qısa zamanda parlamentin müzakirəsinə çıxarılaraq qəbul edilsin.

Millət vəkili  onu da bildirib ki, bu addım millətimizin və dövlətimizin gələcəyi üçün çox vacib və əhəmiyyətli olar: ""Qəhrəman ana" statusunun verilməsini nəzərdə tutan bu sənədin parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılmasını və qəbul olunmasını təklif edirəm”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725
avatar

Oxşar yazılar