Kar pələng 10 nəfəri yedi
26 sentyabr 2024 13:16 (UTC +04:00)

Kar pələng 10 nəfəri yedi

Hindistanda kar pələng Uttar Pradeşdəki Pilibhit Pələng Qoruğunda 10 nəfəri yedikdən sonra tutulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, xüsusi qrup aqressiv yırtıcının izinə düşərək onu müvəqqəti evtanaziya etməyə müvəffəq olub. Son iki ay ərzində insan yeyən pələng yerli sakinlərə ən azı 10 dəfə hücum edib və onun sonuncu qurbanı Banskera kəndindən olan 55 yaşlı Kedari Lal olub. Hadisə sentyabrın 9-da baş verib.

Mütəxəssislər onu izləyərkən onun səslərə reaksiya vermədiyini müşahidə ediblər. Qoruğun əməkdaşları hesab edir ki, avtomobillərin yüksək səsləri və yerli sakinlərin onu qorxutmaq üçün parlatdıqları fişənglər pələngin karlığına səbəb olub.

Pələng əlavə tədqiqat üçün zooparka yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar