Rusiyanın paytaxtı Moskvada Tacikistan vətəndaşı həmyerlisini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə sentyabrın 22-də şəhər ətrafındakı meşədə baş verib. Təqsirləndirilən şəxs mübahisə zamanı tanışına üç bıçaq zərbəsi vurub. Yaralı aldığı xəsarətlərdən ölüb. Polis cinayətkarı hava limanında saxlayıb.
Cinayətkar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə ittiham olunur.