İranın ali dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amoli Livan Hizbullahının lideri Həsən Nəsrullaha məktub yazıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, hökumət mollası məktubunda iddia edib ki, İsrailin Livana hücumlarından sonra guya İranın müxtəlif şəhərlərindən, xüsusilə də Güney Azərbaycanın Ərdəbil, Təbriz, Urmiya, Zəngan şəhərlərindən, habelə Bakıdan gənclər onunla əlaqə saxlayaraq bildiriblər ki, İsrail ordusu quru yoldan Livana girərsə, döyüşmək üçün Livana getmək istəyirlər.
“Sizdən xahişim odur ki, düşmənin quruda hücumu zamanı gənclərin Livana göndərilməsinə razılıq verin və daha sonra böyük bir ordu Livana axışacaq. Hamı bilir ki, sizin əmrlərinizi dinləyən minlərlə suriyalı, iraqlı v yəmənli döyüşçü var. Əgər siz bu gənclərin də istəyini qəbul etsəniz, ordu böyüyəcək”, - deyə, Xameneyinin nümayəndəsi əlavə edib.