Qusarda yataqxana yandı: zəhərlənənlər var
26 sentyabr 2024 15:38 (UTC +04:00)

Qusarda yataqxana yandı: zəhərlənənlər var

Qusar şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Lent.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5-i uşaq olmaqla 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Oxşar yazılar