Teslanın elektrik yük avtomobili 400 min km  yol qət etdi
27 sentyabr 2024 03:30 (UTC +04:00)

Teslanın elektrik yük avtomobili 400 min km yol qət etdi

Teslanın elektriklı yük avtomobili olan “Semi” 1 il yarımda 400 min km yol qət etməyi bacarıb.

Lent.az xəbər verir ki, yüklərin daşınmasında yenilik edəcəyi gözlənilən elektrikli yük avtomobili Tesla “Semi” istehsala buraxılıb.

Elon Musk tərəfindən verilən açıqlamaya görə, Tesla “Semi” artıq kütləvi istehsal olunacaq bir avtomobildir.

İlk dəfə 2017-ci ildə elan edilən Tesla “Semi” elektrik yük avtomobilinin tədarüklərinə ötən il dekabrın 1-dən başlanılıb.

Teslanın futuristik dizaynlı elektrik yük avtomobili “Semi”, məhdud sayda da olsa, 1,5 ildə 400 min km qət etməyi bacarıb.

Teslanın bu günə qədər 100-ə yaxın “Semi” yük avtomobili istehsal etdiyi, onlardan əsasən şirkət daxilində və ümumdünya şirkəti olan “PepsiCo” ilə müştərək istifadə etdiyi ehtimal olunur.

Tesla “Semi” proqramının rəhbəri Dan Priestley deyir ki, “Semi” bir gündə 1600 km yol qət etmək potensialına malikdir ki, bu da demək olar ki, dizel yük maşını ilə eynidir.

O həmçinin Teslanın bu il “Semi”ləri daha çox müştəriyə çatdırmağı planlaşdırdığını deyib.

Şirkət 2026-cı ildə illik 50 min yük maşını istehsal gücünə çatmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Oxşar yazılar