“KİA” şirkəti 22 min dollardan başlayan qiymətə daha ucuz elektrik avtomobili modelini buraxmağı planlaşdırır.
Lent.az xəbər verir ki, “KİA”, iyun ayında qiyməti 30 min 700 dollardan başlayan EV3 modelini təqdim etdikdən sonra Cənubi Koreyada cəmi 23 gündə 10 min sifariş aldığını açıqlayıb.
Şirkət gələn il EV4 modelini də təqdim edəcək. Sedan növü olan EV4-ün təxminən 35 min dollara satışa təqdim ediləcəyi gözlənilir.
Bu qiymətlər kifayət qədər rəqabətli olsa da, “KİA” məhsul çeşidini daha da aşağı qiymətə malik modellərlə genişləndirməyi planlaşdırır.
Cənubi Koreyanın avtomobil nəhəngi daha geniş auditoriyaya çatmağı hədəfləyən yeni elektrikli avtomobil modelini 22 min dollarlıq çox cəlbedici qiymətə təqdim etməyə hazırlaşır.
“KİA”nın bu addımı elektrikli nəqliyyat vasitələrinin daha dəbdəbəli və bahalı seçim olduğuna dair təsəvvürü qırmaq məqsədi daşıyır.
Başlanğıc qiyməti 22 min dollar olan bu model daha geniş istehlakçı kütləsinə müraciət edəcək.
Şirkətin baş direktoru Ho-Sung Sonq bildirib ki, bu avtomobil 2030-cu ildən tez çıxmayacaq.