Braziliyada “San Paulo” futbol klubunun icarəyə götürdüyü dirijabl yaşayış binalarına çırpılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Libertadores Kubokunun 1/4 final mərhələsinin “Botafoqo” ilə cavab oyunu öncəsi “San-Paulu” qeyri-adi addım atmağı düşünüb. Klub şəhərin üzərində loqosu olan dirijabl buraxıb, lakin uçan obyekt sürətlə Osasku bölgəsindəki yaşayış binasına çırpılıb.
Məlumata görə, nəticədə dirijabl pilotu yaralanıb, başqa bir nəfər də yüngül xəsarət alıb. Hər iki yaralı yerli xəstəxanaya çatdırılıb.
“San-Paulu” yaralılara yardım edəcəyini vəd edib.