56 ildir edam olunacağını gözləyən boksçuya BƏRAƏT VERİLDİ
26 sentyabr 2024 13:03 (UTC +04:00)

56 ildir edam olunacağını gözləyən boksçuya BƏRAƏT VERİLDİ

Yaponiyanın Şizuoka Prefektura Məhkəməsi 1966-cı ildə müdirini, həyat yoldaşını və iki uşağını qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilən 88 yaşlı keçmiş boksçu İvao Hakamadanın işinə yenidən baxaraq ona bəraət qazandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hakamada 1966-cı ildə həbs edilib. 20 günlük sorğu-sualdan sonra həmin şəxs qətli törətdiyini etiraf etsə də, məhkəmədə işgəncələrə məruz qaldığını deyib.

Müdafiə tərəfi işdəki sübutların uydurma olduğunu israr edib, lakin 1968-ci ilin sentyabrında Hakamada təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Hökm 1980-ci ildə təsdiqlənib.

2014-cü ildə Şizuoka məhkəməsi cinayət yerindən tapılan genetik qan materialından əldə edilən cinayətkarın DNT-sinin Hakamadanın DNT-si ilə uyğun gəlmədiyini sübut edib. Bundan sonra məhkum azadlığa buraxılıb. Lakin sonradan Tokio məhkəməsi qərarı ləğv edib. 2023-cü ildə iş Yaponiya Ali Məhkəməsinə verilib.

2011-ci ildə yaponiyalı kişi ölüm hökmündə edam edilməsini ən çox gözləyən şəxs kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar