37 məhkum səhvən əfv olundu,  geri qayıtmırlar
26 sentyabr 2024 17:36 (UTC +04:00)

37 məhkum səhvən əfv olundu, geri qayıtmırlar

İngiltərədə həbsxanalarda məhkum sayını azaltmaq üçün erkən əfv qərarı verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, əfv prosesi sentyabrın 10-da baş tutub və 1750 məhkum azadlığa buraxılıb. Lakin bu zaman səhvən 37 məhkum da azadlığa çıxıb. Onlardan 32-si cəzaçəkmə müəssisəsinə geri qayıtsa da, 5-i hələ ki, azadlıqdadır.

Qeyd edilir ki, son bir ayda İngiltərə həbsxanalarında məhkumların sayı 1991-ci ilə nisbətən 2 dəfə çoxalaraq, bütün dövrlərin rekordunu qırıb. Hökumətin onların sayının azalması üçün gələn ay da əfv prosesi həyata keçirəcəyi bildirilir. Bundan əlavə məlumata əsasən, İngiltərənin Estoniyada cəzaçəkmə müəssisəsi kirayələmək istədiyi barədə məlumatlar da yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13872
avatar

Oxşar yazılar