Qadın sevgilisi ilə birləşib yatan ərini öldürdü
26 sentyabr 2024 17:23 (UTC +04:00)

Qadın sevgilisi ilə birləşib yatan ərini öldürdü

Türkiyədə qadın sevgilisi ilə birgə ərini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tekirdağ rayonunun Kapaklı qəsəbəsində baş verib.

Z.S. adlı qadın əri Şərafəddin Sezerin intihar etməsi barədə polisə müraciət edib. Araşdırma zamanı isə mərhumun arvadı və onun sevgilisi tərəfindən boğularaq öldürüldüyü məlum olub. Belə ki, qadın əri yatdığı zaman sevgilisi U.G-ni evlərinə çağırıb. Onlar plana əsasən telefon adapterinin naqili ilə yatılı olan Şərafəddin Sezeri boğaraq öldürüblər. Z.S. isə qətli gizlətmək üçün polisə ərinin intihar etməsi barədə qəsdən yalan məlumat verib.

Nəticədə Z.S. və onun sevgilisi U.G. saxlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar