Qardabanidə yeni elektrik stansiyası tikiləcək
09 yanvar 2013 06:40 (UTC +04:00)

Qardabanidə yeni elektrik stansiyası tikiləcək

“Yanvarın ortasında Türkiyə ilə Qardabanidə elektrik enerjisi stansiyasının tikilməsi barədə danışıqlar aparılacaq. Stansiyanın gücü 230 meqavat olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən Tərəfdaşlıq Fondunun rəhbəri İrakli Kovzanadze bildirib. O,deyib ki, bu layihəni “İnter RAO” şirkəti həyata keçirməli idi, ancaq müəyyən səbəblər üzündən müqavilə pozulub: “Bundan sonra layihəni davam etdirməyi Tərəfdaşlıq Fondu üzərinə götürərək, keçən ilin yayında bu tikintiyə 50 milyon lari xərcləyib”.

 

Fond rəhbərinin sözlərinə görə, 2014-2015-ci illərdə iqtisadiyyat inkişaf etdikcə enerjiyə də tələbat çoxalacaq. “Buna görə də enerji tələbatını təmin etmək üçün bizə ehtiyat stansiyalar lazımdır”, deyə İ. Kovzanadze bildirib.

 

Qeyd edək ki, rəsmi məlumatlara əsasən,Qardabanidə 85 min soydaşımız var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar