Qanunu pozanlar cəzalandı
07 iyun 2013 11:32 (UTC +04:00)

Qanunu pozanlar cəzalandı

Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Lent. az-ın məlumatına görə, vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

2625 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 970 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 344 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  1151 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 489 vergi ödəyicisi tərəfindən 769 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 200 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  44  vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1526 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47