Ağdamda yeni qəsəbənin açılışı oldu
06 avqust 2014 16:47 (UTC +04:00)

Ağdamda yeni qəsəbənin açılışı oldu

Avqustun 6-da prezident İlham Əliyev Ağdamda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevə məlumat verən baş nazirin müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirdi ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.


Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb. Sonra Prezident İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub. Prezident məktəbin ərazisində nümayiş etdirilən “Çövkn” oyununa tamaşa edib.


Azərbaycan Prezidenti məktəbin foyesində qəsəbənin baş planına baxıb, kompüter otağında yaradılan şəraitlə maraqlanıb.


Daha sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, çıxış edib. Qəsəbə sakinləri - ikinci qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını bildiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395

Oxşar yazılar