Prezident İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul edib. Lent.az-ın məlumatına görə, Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını deyib. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Prezident beynəlxalq təşkilatların rəhbərlərini qəbul edib
Oxşar yazılar

Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58