Təhsil Nazirliyi özəl ali məktəblərdə tibb, hüquq kimi fakültələrin yenidən açılma ehtimalına aydınlıq gətirib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini Təhsil Nazirliyinə təqdim edir. Bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza, tədris-metodiki təminat, elmi-pedaqoji kadr potensialı, gələcəkdə bu ixtisaslar üzrə məzunlara tələbatın olması barədə məlumatlar Nazirliyə təqdim edilir: “Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır, sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur. Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən, hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Nazirlər Kabinetinə təqdim olunur. Bu səbəbdən, gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən «jurnalistika», «hüquqşünaslıq», «tibb» və s. ixtisaslar üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və müasir tələblərə cavab verən maddi-texniki baza, tədris-metodiki təminat, yüksək ixtisaslı elmi-pedaqoji kadr potensialı olduğu halda, həmin ixtisasa qəbul bərpa oluna bilər”.

Oxşar yazılar

Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58