Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə prezident seçkilərinin müşahidəsi məqsədi ilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici Mişel Vuazəni qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib. Görüşdə bildirilib ki, Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. MM sədri qeyd edib ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən bu məqsədlə xüsusi əlaqələndiricinin təyin olunmasını alqışlayır: “Belə ki, ötən seçkilərdə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə onun Parlament Assambleyası tərəfindən hazırlanmış hesabatlarda müəyyən uyğunsuzluqlar var idi. İnanırıq ki, builki seçkilərdə bu kimi hallara rast gəlinməyəcək, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq”.
Görüşdə Milli Məclis sədrinin müavini, parlamentin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Oqtay Əsədov: “Seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq”
Oxşar yazılar

Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56
Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU
15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI
15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
15 iyul 2025 , 09:31
Böyük qələbələrin astanasında olan BÜRCLƏR: Həyat tezliklə dəyişəcək
15 iyul 2025 , 09:09