“Bu il Azərbaycanda ali təhsil sisteminin maliyyələşdirmə sisteminin yeni islahatının həyata keçirilməsi başa çatır”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün yeni dərs ilinin başlanması münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşündə deyib. O qeyd edib ki, bu islahat adambaşına maliyyələşmə adlanan bir konsepsiyasıdır. Bunun yalnız islahat xatirinə həyata keçirilmədiyini deyən nazirin sözlərinə görə, burada əsas məqsəd ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi, professor-müəllim heyətinin imkanlarının və fəaliyyətlərinin qiymətləndirilməsi və fərqləndirilməsində yeni mexanizmlərinin tətbiqinə nail olmaqdır: “Bu islahat bir çox ali təhsil müəssisələri üçün müsbət nəticə verib. Ali məktəblərin hansı fakültələri yaratmaq, fənləri tətbiq etmək, müəyyən sahələr üzrə peşəkarları hazırlamaq məsələlərində öz qərarvermə səlahiyyətləri olmalıdır. Bu da dövlət tərəfindən tətbiq olunan yanaşmalara yenidən baxılmasını tələb edir. Hazırda ölkədə tətbiq edilən qəbul planı müəyyən mənada ali məktəblərin muxtariyyətini məhdudlaşdırır və onların dəyişən dünyaya, tələbatlara cavab verməsinə imkan vermir”.
M. Cabbarovun sözlərinə görə, bu gün ölkədəki mövcud qanunvericilik ali məktəb rəhbərlərinin müəllim heyətinin ödəniş prinsiplərini müstəqil şəkildə həyata keçirmələrinə imkan verir. M. Cabbarov onu da vurğulayıb ki, bütün bunları nəzərə alaraq hər bir ali məktəb öz imkanlarını genişləndirməlidir.

Nazir: “Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır”
Oxşar yazılar

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI
15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
15 iyul 2025 , 09:31
Böyük qələbələrin astanasında olan BÜRCLƏR: Həyat tezliklə dəyişəcək
15 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
15 iyul 2025 , 08:19
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi
15 iyul 2025 , 08:14
Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46