Keçən il 22 nəfər minadan zərər çəkib
09 yanvar 2013 16:39 (UTC +04:00)

Keçən il 22 nəfər minadan zərər çəkib

2012-ci ilin dekabr ayı ərzində 3,383,944 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycanda Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentlikdən Lent.az-a verilən məlumata görə, 2012-ci il ərzində 32,819,864 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmiş və 11,364 PHS aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 214,291,899 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 676,170 -dir.

 

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

                                                                               

2012-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb. Ümumilikdə 2012-ci il ərzində 18 mina/PHS hadisəsi qeydə alınıb və 22 nəfər zərərçəkib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar