IX sinif şagirdləri buraxılış imtahanlarında nə qiymət alıblar?
07 iyun 2013 18:50 (UTC +04:00)

IX sinif şagirdləri buraxılış imtahanlarında nə qiymət alıblar?

TQDK iyunun 2-də Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrinin IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında məzunların aldıqları qiymətləri açıqlayıb.


 

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, buraxılış imtahanlarında IX siniflər üzrə şagirdlərinin 17,06 faizi ana dilindən, 16.38 faizi isə riyaziyyatdan “2”, 41.18 faizi ana dilindən, 37.63 faizi riyaziyyatdan “3”, 25.68 faizi ana dilindən, 24.87 faizi riyaziyyatdan “4”, 16.09 faizi ana dilindən, 21.12 faizi isə riyaziyyatdan “5” qiyməti alıblar. Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak edən XI sinif şagirdlərinin də nəticələri müxtəlif olub. Belə ki, orta məktəblərin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında onların 7.25 faizi “2”, 34.34 faizi Ana dili fənnindən “3”, 37.32 faizi “4”, 21.10 faizi “5” qiyməti alıb. “Riyaziyyat” fənnindən isə son sinfin məzunlarının 7.20 faizi “2”, 29.65 faizi “3”, 41.08 faizi “4”, 22.07 faizi isə “5” qiyməti alıb.

 

E. Nağızadə qeyd edib ki, IX sinif məzunları Ana dili və Riyaziyyat fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə “2”, Ana dili və Riyaziyyat fənlərinin hər birindən 8-16 suala düzgün cavab verdikdə “3”, Ana dilindən 17-23, riyaziyyatdan 17-22 suala düzgün cavab verdikdə “4”, Ana dilindən 24-30, Riyaziyyatdan 23-30 suala düzgün cavab verdikdə “5” qiyməti alıblar.

XI sinif məzunları isə Ana dili və Riyaziyyat fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə “iki”, Ana dilindən 8-17, Riyaziyyatdan 8-16 suala düzgün cavab verdikdə “üç”, Ana dilindən 18-25, Riyaziyyatdan 17-24 suala düzgün cavab verdikdə “dörd”, Ana dilindən 26-30, Riyaziyyatdan isə 25-30 suala düzgün cavab verdikdə “beş” qiyməti alıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47