İtaliya iş adamları Azərbaycanda səfərdədir
13 iyun 2013 15:40 (UTC +04:00)

İtaliya iş adamları Azərbaycanda səfərdədir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, grüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılan iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

 

İtaliya biznes heyətinin rəhbəri Alfredo Mantika ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu söyləyib. Görüş zamanı işgüzar əlaqələrin inkişafına dair müzakirələr aparılıb, Azərbaycanın investisiya imkanları barədə italiyalı iş adamlarına məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439
avatar

Oxşar yazılar