Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə yenidən əməliyyat oluna bilər.
Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bu barədə İmranın xalası Əzizə Baxşıyeva məlumat verib. Onun sözlərinə görə, əməliyyatın dəqiq tarixi bilinmir: “Hazırda İmranın müalicəsi davam edir. Ümumi vəziyyəti pis deyil. Biz istəyirik ki, əsas sol ayağını saxlaya bilək. Onsuz da sağ ayağı kəsilib. Həkimlər heç bir söz demirlər, gözləyirik”.
Qeyd edək ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Xatırladaq ki, İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

İmran Cəfərzadə yenidən əməliyyat oluna bilər
Oxşar yazılar

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI
15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
15 iyul 2025 , 09:31
Böyük qələbələrin astanasında olan BÜRCLƏR: Həyat tezliklə dəyişəcək
15 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
15 iyul 2025 , 08:19
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi
15 iyul 2025 , 08:14
Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46