Bu gün Azərbaycan Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, xalqımızın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əkinçi” qəzetinin o dövrdə fəaliyyətə başlamasını, eləcə də iki il müddətində ömür sürməsini Həsən bəy Zərdabi şəxsiyyətinin böyük hünəri adlandırıb.