Hava yağmursuz olacaq
22 noyabr 2013 14:21 (UTC +04:00)

Hava yağmursuz olacaq

0

Bakı və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə  5-9, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 626

Oxşar yazılar