Ərzaq bahalaşıb
06 may 2013 13:25 (UTC +04:00)

Ərzaq bahalaşıb

Dövlət Statistika Komitəsi  istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, bu ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0.9 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0.4 faiz bahalaşmasına səbəb olub.
 

Ay ərzində unun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, təzə balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, yumurtanın, kərə yağının, bananın, şəkər və şəkər tozunun, göyərtinin qiymətlərində ucuzlaşma, düyünün, makaron və kolbasa məmulatlarının, xamanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, şabalıdın, kələmin, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın və kartofun qiymətlərində bahalaşma müşahidə olunub.

# 1172

Oxşar yazılar