May ayında gözlənilən  maqnit qasırğaları:   Ən təhlükəlisi nə vaxt olacaq?
30 aprel 2024 20:15 (UTC +04:00)

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir.

Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hansı günlərin təhlükəli olacağını başa düşməlisiniz.

2024-cü ilin mayında gözlənilən maqnit qasırğaları

Meteoagentin məlumatına görə, maqnit qasırğaları gözlənilən günlər:

19, 20, 21 və 28 may - güclü maqnit qasırğası

• 1, 2, 3, 5, 6, 7 və 22 may - orta intensivlikli maqnit qasırğası

• 4, 8, 9, 10, 14, 16 və 17 may - zəif

Maqnit qasırğaları zamanı hava şəraitindən asılı olan insanlara mümkün qədər təmiz hava ilə nəfəs almaq, çoxlu su içmək, həmçinin zərərli qidalardan, nikotin və spirtdən imtina etmək tövsiyə olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35988
avatar

Oxşar yazılar